Avropa yanacaq bazarında, xüsusilə dizellə bağlı ciddi problemlərlə üzləşib və qarşıdakı payız-qış mövsümü qitə üçün çətin keçə bilər.
SITA agentliyinin məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Fitso Avropa İttifaqının qışa hazırlığını “Apollon-13” filmindəki “Hyuston, problemimiz var” ifadəsi ilə təsvir edib. O, “Avropanın neft və yanacaqla bağlı ciddi problemi olduğunu” deyib.
Slovakiyanın Baş nazirinin fikrincə, yanacağın qiymətinə Yaxın Şərqdəki münaqişə və neft məhsullarının ticarət axınlarının dəyişməsi də daxil olmaqla bir sıra geosiyasi amillər təsir göstərir.