“Bavariya” Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində səfərdə Dortmund “Borussiya”sına qalib gəlib – 1:0.
Matc.az xəbər verir ki, bu qələbə Münhen təmsilçisinin baş məşqçisi Hansi Flik üçün əlamətdar olub.
55 yaşlı almaniyalı mütəxəssis “Bavariya”dakı ilk 18 oyununda 15-ci qələbəsini qazanıb. Bununla da o, münhenlilərin sabiq baş məşqçisi Xosep Qvardiolanın rekordunu təkrarlayıb. İspaniyalı mütəxəssis də 15 qələbəni 18 oyunda əldə etmişdi.
Xatırladaq ki, Qvardiola “Bavariya”ya 2013-2016-cı illər aralığında rəhbərlik edib.