Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Foto saxta deyil, Heydər Əliyevin fotoqrafı çəkib” –

User 03 Dekabr 2025 - 13:33 (Last updated: 03 Dekabr 2025 - 13:33)
yeni azerbayna alqis

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda ittiham edib.

Modern.az Alqış Musayevin iddiası ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxlayıb.

B.Sadıqov bildirib ki, “Azərbaycan” qəzetinin bugünkü sayında dərc olunan foto Ümumilli lider Heydər Əliyevin fotoqrafı tərəfindən çəkilib: ““Azərbaycan” qəzetinin 10000-ci sayının çıxmasına sevinən də var, sevinməyən də. Mən bunu normal və təbii qəbul edirəm. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir. Qəzetimizdə dərc olunan fotolar üç mənbədən əldə olunur: öz fotoqrafımızın çəkdiyi fotolar, AZƏRTAC-ın xətti ilə göndərilən fotolar və arada Ulu öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırovdan alınan fotolar. Bəhs olunan bu foto da Ulu öndərimizin sağlığında çəkilmiş şəkildir. Fotoda onun təyyarədə olduğu və qarşısındakı qəzetlərə bir-bir baxdığı görülür. Bu fotonu biz dəfələrlə dərc etmişik”.

B.Sadıqov Alqış Musayevin hər dəfə bu foto dərc olunanda onun saxta olması ilə bağlı iddia qaldırdığını vurğulayıb:

“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər. “Azərbaycan” qəzeti olaraq biz heç vaxt rəsmi kanalla bizə gələn fotolardan şübhələnib ekspertizaya vermirik. Ona görə də, təklif edirəm ki, bunu hüquqi müstəvidə həll etsinlər”.

AzPost.az

Post navigation

Previous: “Türkiyə Qafqazda sabitliyin təmin edilməsində əsas tərəfdaşdır” –
Next: Trampın xüsusi nümayəndəsi Zelenski ilə görüşünü ləğv edib

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.