Fransa Azərbaycan-Ermənistan danışıqlarını baltalamağa çalışır –ÇAVUŞOĞLU

Fransa başda olmaqla, bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesini baltalamağa çalışır.

Bunu açıqlamasında Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Eks-nazir həmçinin, qeyd edib ki, Azərbaycan sülhün əldə edilməsində səmimi olduğunu göstərib. Ermənistan isə xarici təsirə məruz qalmasa, Azərbaycanla sülh sazişini imzalamağa yaxın olacaq:

“Türkiyə normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirir. Azərbaycanla Ermənistan arasındakı hər bir pozitiv addım Türkiyə ilə Ermənistan arasındakı prosesə də müsbət töhfə verəcək. Bölgədə, təbii ki, Gürcüstan da önəmlidir. Amma bu proseslər sadəcə bizim regionumuz üçün vacib deyil. Orta Dəhlizin canlanması, enerji xətlərinin ötürücülük qabiliyyətinin artırılması kimi məsələlər Avropa və Asiya üçün də həyati önəm kəsb edir”.

M. Çavuşoğlu Antalya Diplomatiya Forumunun Azərbaycan və Ermənistan tərəfinin görüşləri və müzakirələri üçün də önəmli olduğunu vurğulayıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.