“Fransa buna görə Qarabağda sülhməramlı obrazını yaratmağa çalışır” –Rusiya XİN

“Fransa Afrika siyasətinin iflasa uğraması səbəbindən Qarabağda sülhməramlı obrazını yaratmağa çalışır”.

Azpost.info -nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində bildirib.

Zaxarova vurğulayıb ki, Parisin Qafqaz regionunda fəallığının artması Fransanın Afrika siyasətinin tam iflasa uğraması ilə bağlıdır. Bu baxımdan ölkə hakimiyyəti Qafqazda “aktiv sülhməramlı səylər” göstərdiklərini nümayiş etdirməyə çalışır.

“Biz başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Məhz ölkəmiz Qarabağ nizamlanması kontekstində də vasitəçi kimi bütün sülhməramlı rolu öz üzərinə götürüb və yerinə yetirib”, – deyə diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, Rusiyanın sayəsində ən çətin mərhələ arxada qalıdıqdan sonra NATO üzvləri regionda “görünmək” istəyirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Arda Gülər qol vurub, “Real Madrid” qalib gəlib –

Sonrakı məqalə

“Bayden yenə seçilsə, pis olacaq” –