Fransa Ermənistana hansı silahları satacaq?- Müdafiə naziri AÇIQLADI

Fransa Ermənistana müdafiə silahları satacaq.

Azpost.info xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib.

Onun sözlərinə görə, bu qərar Parisin İrəvanın təhlükəsizliyini dəstəkləmək və müdafiə qabiliyyətini gücləndirmək strategiyasının bir hissəsidir.

“Prezident Emmanuel Makron aydın şəkildə müəyyən etdi ki, bizim gündəmimiz müdafiə silahlarının satışıdır, çünki Ermənistanla müzakirələrimiz məhz bununla bağlıdır. Mən bundan artıq danışmayacağam, lakin bəzi silah növləri ilk növbədə Ermənistanın təhlükəsizliyini təmin etməyə xidmət edə bilər”, – Lekornyu deyib.

Azpost.info

Əvvəlki məqalə

“Bütün əsir və məhbusların azad edilməsində, minaların təmizlənməsində Bakı ilə əməkdaşlığa hazırıq”

Sonrakı məqalə

Prezident İlham Əliyevin Füzuli şəhərində sakinlərlə görüşü –