Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Fransa etirazların mənbəyini öz müstəmləkəçi keçmişində axtarmalıdır”

User 27 Avqust 2022 - 15:33 (Last updated: 21 May 2025 - 20:15)
xin turk

Fransa Prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri çərçivəsində Türkiyə və bəzi digər ölkələrə qarşı əsassız bəyanatı son dərəcə təsirsizdir. Başda Əlcəzair olmaqla, Afrikadakı müstəmləkəçi keçmişi ilə üz-üzə qalmaqda çətinliklər yaşayan Fransa Prezidenti Makronun Türkiyə və bəzi ölkələri günahlandırmaqla istismarçı keçmişdən diqqəti yayındırmaq cəhdi qəbul edilməzdir.

Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mövzu ilə bağlı açıqlamasında ifadə edib.

O diqqətə çatdırıb ki, düşmənçiliyi deyil, dostluğu təşviq edən, eyni zamanda, Afrika İttifaqının strateji ortaqları sırasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə əlaqələrini gündən-günə genişləndirməkdə, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan münasibətlərini davam etdirməkdədir.

Açıqlamada vurğulanıb ki, Fransa Afrika qitəsində özünə qarşı etirazlar görürsə, onların mənbəyini müstəmləkəçi keçmişində və bu mövqeyini fərqli üsullarla davam etdirmək səylərində axtarmalı, onları düz məcraya istiqamətləndirmə yolunu tutmalıdır.

“Keçmişinə bağlı problemlərlə üzləşmək və onları aradan qaldırmaq əvəzinə, bu problemlərin üçüncü ölkələrin fəaliyyətləri səbəbindən ortaya çıxdığını iddia etmək, təkcə sosial prosesləri və tarixi unutmaq deyil, eyni zamanda, bəzi siyasətçilərin sahib olduqları təhrifçilik mentalitetini göstərir.

Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi əsassız olaraq günahlandırmadan öz müstəmləkəçi keçmişi ilə barışmaq yolu tutacaqdır”, -deyə açıqlamada qeyd olunur.

Post navigation

Previous: Lerikdə zəlzələ olub
Next: Şuşada xarici diplomatların mühüm toplantısı –

Oxşar xəbərlər

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08

xƏBƏR

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
İran ABŞ-la hərbi əməliyyatların yenidən başlaması ehtimalı fonunda Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstək verməkdən imtina etmələrini tələb...
Read more about İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.