“Fransa hökumətini rusiyalı jurnalistlərə qarşı terroru dayandırmağa çağırırıq”- Rusiya XİN

“Rusiya RT telekanalının (RT France) Fransa filialının hesablarının bloklanmasına cavab olaraq tədbirlər görəcək. Bu, Rusiyadakı fransız mediasına təsirsiz ötüşməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

““RT France”ın hesablarının bloklanması Rusiyada fransız mediasına qarşı cavab tədbirlərinə səbəb olacaq. Əgər Fransa hakimiyyəti rusiyalı jurnalistlərə qarşı terroru dayandırmasa, onlar bunun nəticəsi ilə üzləşəcəklər”, – nazirliyin sözçüsü deyib.

Qeyd edək ki, yanvarın 20-də “RT France”ın rəhbəri Kseniya Fedorova Fransa hakimiyyətinin göstərişi ilə kanalın hesablarının dondurulduğunu açıqlayıb. Onun sözlərinə görə, bu qərar dekabrda qəbul edilmiş doqquzuncu sanksiyalar paketi ilə əlaqədar qəbul edilib.

Azpost.info

Əvvəlki məqalə

Prezidentin xüsusi nümayəndəsi Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Sonrakı məqalə

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb