Fransa müdafiə naziri Kiyevə səfər edib

Fransanın müdafiə naziri Sebastyan Lekornu Kiyevə səfər edib.

Azpost.info xəbər verir ki, bu, nazirin may ayında vəzifəyə gəldikdən sonra Ukraynaya ilk səfəridir.

O, Ukrayna müdafiə naziri Aleksey Reznikovla danışıqlar aparmağı, xüsusən də silah təchizatını müzakirə etməyi planlaşdırır.

Lekornunun Kiyevə səfəri Fransa prezidenti Emmanuel Makronun Ukraynaya yeni silahların göndərilməsini təsdiqləməsindən və 2023-cü il üçün yeni tədarükləri elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Azpost.info

Əvvəlki məqalə

Şəhid övladı kapoeyra üzrə çempion olub-

Sonrakı məqalə

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib