Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətini Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

Əvvəlki məqalə

Fransa müdafiə naziri Kiyevə səfər edib

Sonrakı məqalə

“Kiyev Rusiyaya birləşmiş yeni regionları tanımasa, sülh olmayacaq”