Fransa müşahidə missiyasını Zəngəzura göndərməyi planlaşdırır

Fransa Avropa İttifaqının (Aİ) Ermənistana göndərəcəyi mülki missiyada iştirak etməyi planlaşdırır.

Bu barədə Fransa xarici işlər naziri Katrin Kolonna deyib.

Fransalı nazir bu gün Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında Ermənistana iki illik mülki missiyanın göndərilməsi ilə bağlı qərarı vacib adlandırıb.

“Bu qərar çox vacibdir və Fransa Avropa missiyasında iştirak etməkdən məmnun olacaq”, – nazir qeyd edib.

Əvvəlki məqalə

Nazirliyin satışa çıxardığı 1662 mənzildən 1106-sı bron edilib

Sonrakı məqalə

Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq