Ümumdünya Antidopinq Agentliyi (WADA) Fransanı idmançılarını olimpiadadan və digər beynəlxalq yarışlardan kənarlaşdırmaqla hədələyib.
Azpost.info xəbər verir ki, WADA dopinq qadağasının pozulması ilə bağlı son üç halı sadalayan məktub göndərib və Fransa agentliyini nə Dünya Antidopinq Məcəlləsinə, nə də İdman Arbitraj Məhkəməsinin presedent hüququna gələn qərarlar qəbul etməkdə ittiham edib.
“İdman Arbitraj Məhkəməsinin məcəlləsinə və yurisprudensiyasına açıq şəkildə zidd olan qərarlar qəbul etmək tendensiyası davam edərsə, WADA-nın hüquq departamentinin məsələni nəzərdən keçirmək və müvafiq tədbirlər görmək üçün daxili işçi qrupuna göndərməkdən başqa yolu qalmayacaq”, – WADA bildirir.
Azpost.info