Fransa Parlamenti fövqəladə vəziyyət rejiminin iyulun 10-dək uzadılmasını təsdiqləyib

10 May 2020 - 01:49

Fransa Parlamenti şənbə günü koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətin iyulun 10-dək uzadılması barədə qanun layihəsini təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin rəsmi “Twitter” hesabında bildirilib.

Qeyd edilib ki, 252 millət vəkilindən 87 nəfəri təqdim olunan qanun layihəsinin əleyhinə səs verib.