“Fransa səfirinin Bakıya qayıtması Makronun səhvinin etirafıdır” –Politoloq RƏYİ

“Prezident Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Fransa səfirinin Azərbaycana qayıtmasını şərh edərkən bildirib.
Onun sözləriə görə, böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar: “Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü”.
Politoloq qeyd edib ki, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib: “Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O bu siyasətindən geri çəkiləcəkmi- bunu yaxın aylarda görəcəyik”.
Xatırladaq ki, Prezident Makron aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmışdı. Səfir bu gün Azərbaycana qayıdıb.
Azpost.info
AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.