Fransa Türkiyə ilə birgə Ukraynada humanitar əməliyyat keçirmək istəyir

erdoqan makron

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, önun ölkəsi Türkiyə və Yunanıstanla birgə Mariupoldan əhalinin təxliyəsi üçün humanitar ənəliyyat keçirmək istəyir.

“Biz Türkiyə və Yunanıstanla birgə Mariupol şəhərini tərk etmək istəyənlər üçün humanitar əməliyyata başlamaq istəyirik”- deyə Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşündə bildirib.

RİA- Novosti”nin  xəbərinə görə, Makron bunun üçün yaxın saatlarda Vladimir Putinlə danışmaq niyyətindədir.