Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

“Fransa XİN rəhbərinin Azərbaycanla bağlı açıqlamları qəbuledilməzdir”

User 13 May 2026 - 12:14 (Last updated: 13 May 2026 - 12:15)
fransa

“Fransa xarici işlər naziri Jan Noel Barrotun Azərbaycanla bağlı son açıqlamaları qəbuledilməzdir və regionda formalaşmış reallıqları əks etdirmir“.

Azpost.info bildirir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və bu fakt Fransa da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onun sözlərinə görə, regionun sabitliyə, barışığa və davamlı sülh prosesinə ehtiyac duyduğu bir dövrdə bu cür bəyanatlar siyasi gərginliyi artırmağa və destruktiv narrativləri təşviq etməyə xidmət edir.

Cavanşir Feyziyev vurğulayıb ki, Azərbaycan dəfələrlə sülhə və regional əməkdaşlığa sadiqliyini nümayiş etdirib: “Buna görə də bütün beynəlxalq aktorlardan, o cümlədən Fransadan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətlə yanaşmasını gözləyirik”.

Deputat qeyd edib ki, Fransadakı bəzi siyasi dairələr Cənubi Qafqaza beynəlxalq hüquq və regional reallıqlar prizmasından deyil, daha çox daxili siyasi maraqlar və lobbi təsiri çərçivəsində yanaşır.

“Qarabağ məsələsi artıq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunub. Azərbaycan öz ərazi bütövlüyünü BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə bərpa edib. Bu məsələni süni şəkildə beynəlxalq gündəmdə saxlamaq cəhdləri əks nəticə verir və sülhə, regional sabitliyə xidmət etmir”, – deyə deputat əlavə edib.

Cavanşir Feyziyev bildirib ki, Fransa qərəzli narrativləri təşviq etmək əvəzinə etimad quruculuğu tədbirlərinə töhfə verməli və Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləməlidir.

Deputatın sözlərinə görə, mövcud vəziyyət Azərbaycanın bəzi Avropa institutlarının nümayiş etdirdiyi ikili standartlarla bağlı narahatlıqlarını daha da gücləndirir.

O xatırladıb ki, təxminən otuz il davam edən işğal dövründə Azərbaycanın məscidləri, qəbiristanlıqları, tarixi abidələri və mədəni irs nümunələri dağıdılıb, talan olunub və vandalizmə məruz qalıb.

“Azərbaycan dəfələrlə bəyan edib ki, mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələr beynəlxalq hüquqa və UNESCO konvensiyalarına uyğun şəkildə qorunmalıdır. Lakin humanitar və mədəni məsələlər siyasi alətə çevrilməməli və selektiv yanaşma ilə qiymətləndirilməməlidir”, – deyə deputat vurğulayıb.

Cavanşir Feyziyev əlavə edib ki, əgər müəyyən Avropa siyasi dairələri həqiqətən universal dəyərləri dəstəkləyirsə, eyni standartlar bütün tərəflərə bərabər şəkildə tətbiq olunmalıdır.

AzPost.az

Post navigation

Previous: Ölkədən qaçan nazir müavini axtarışa verildi
Next: DİN və İctimai Şura şəhərsalmanın müasir çağırışları mövzusunda müzakirə keçirib

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.