Fransada saxlanılan Pavel Durov 12 cinayət əməlində ittiham olunur

“Telegram”ın yardıcısı Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatır.

Bu barədə Paris prokurorluğu məlumat yayıb.

“Onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər”, – deyə prokurorluğun məlumatında qeyd olunub.

Bu haqda Paris prokurorluğundan bildirilib ki, Pavel Durov 12 cinayət törətməkdə ittiham olunur.

Məlumatda həmçinin ona qarşı cinayət işinin iyulun 8-də açıldığı açıqlanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.