Fransada son sutkada koronavirusdan 83 nəfər ölüb

13 May 2020 - 23:40

Fransada son 24 saat ərzində koronavirusda 83 nəfər dünyasını dəyişib, ölkə üzrə ümumilikdə ölüm sayı 27074 nəfərdir.

TASS xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalarda 17101 ölüm qeydə alınıb, onlardan 9973 nəfəri qocalar evlərində və digər sosial-tibb müəssisələrdə olub.

Hazırda 2428 xəstə reanimasiyadadır, 69 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, pandemiya dövründə Fransada 58673 nəfər sağalaraq evə buraxılıb.