Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Fransada təhlükəli xəstəlik yayılıb: ölənlər var

User 25 Sentyabr 2025 - 19:30 (Last updated: 25 Sentyabr 2025 - 19:10)
Tibbi Yardım

Tibbi Yardım

Fransada legionellyoz adlı təhlükəli xəstəliyin yayılması ciddi narahatlıq yaradıb.

Azpost.az xəbər verir ki, sentyabr ayının ortalarından etibarən ölkənin Savoia və Yuxarı Sona bölgələrində ümumilikdə 51 yoluxma halı qeydə alınıb. Onlardan azı üç nəfər həyatını itirib.

Rəsmi məlumatlara görə, Savoia bölgəsində 45, Yuxarı Sonada isə 6 nəfərdə xəstəlik aşkarlanıb. Yoluxanlardan altısı hazırda reanimasiya şöbəsində müalicə olunur. Ölənlərdən biri 80 yaşdan yuxarı kişi olub, digər iki nəfər isə Yuxarı Sonada qeydə alınıb.

Milli Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzi bildirir ki, yoluxmalar son 10 gün ərzində daha çox qeydə alınıb. Xəstəliyin əsas ocaqları məhz bu iki bölgədə müşahidə olunur.

“Legioner xəstəliyi” adlanan legionellyoz ağciyərləri zədələyən infeksiyadır. Bakteriya insana əsasən su damcıları vasitəsilə, nəfəs yolu ilə keçir. Yüksək konsentrasiyalı legionella bakteriyası olan suyun buxarını udmaq infeksiyaya səbəb ola bilər.

Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız 2024-cü ildə ölkədə 1939 yoluxma halı qeydə alınmış, onlardan 160-ı ölümlə nəticələnmişdi.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb
Next: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasında çıxış edir

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.