Fransanın Cənubi Qafqazda neokolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir- XİN

Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır.

Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur.

“Bu gün, Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neokolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir”, – məlumatda vurğulanıb.

Əvvəlki məqalə

Rusiya XİN-dən Ermənistanda rus telekanallarının bağlanması çağırışlarına

Sonrakı məqalə

Qarabağın erməni sakinlərindən gözlənti sabitlik içində həyatlarına davam etməkləridir