Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Fransanın Ermənistanı silahlandırmağa çalışması qəbuledilməzdir

User 04 Oktyabr 2023 - 12:12 (Last updated: 21 May 2025 - 20:15)
xin

3 oktyabr tarixində Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

XİN-dən bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

 

 

“Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20%-ə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istərdik.

Fransanın hər zaman Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Fransanın olduğunun bildirilməsi Fransanın son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir”, – qeyd olunub.

Post navigation

Previous: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib
Next: Ermənistan Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
İran ABŞ-la hərbi əməliyyatların yenidən başlaması ehtimalı fonunda Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstək verməkdən imtina etmələrini tələb...
Read more about İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.