FTB Trampın evində axtarış aparıb –Nə axtarıblar? (DETALLAR)

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq prezident Donald Trampın evində axtarış aparıb.

Bu barədə Tramp özü məlumat verib.

“Bu elan edilməmiş axtarış üçün heç bir zərurət yox idi” – deyə keçmiş prezident bildirib.

Bununla belə, Tramp axtarışın hansə səbəblə keçirildiyi barədə məlumat verməyib.

FTB sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub.

Bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.

1978-ci ildə qəbulı edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.

Əvvəlki məqalə

Türkiyə Ukraynada “Bayraktar”ın zavodu üçün torpaq sahəsi alır

Sonrakı məqalə

Zelenski ABŞ-ın sabiq prezidenti ilə görüşüb