FTX ermənilərlə azərbaycanlılar arasında dava riski olan regionları xüsusi nəzarət götürdü

28 İyul 2020 - 16:35

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ermənilərlə azərbaycanlılar arasında gərginliyin artma riski olan regionları xüsusi nəzarət götürüb.

FTX bu baxımdan iki regionu – Kurqan vilayəti və Perm diyarını potensial təhlükəli hesab edir.

Qeyd olunur ki, Perm diyarında FTX və Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları iki xalqın nümayəndələrinin toplaşdığı yerlərdə yoxlamalar keçirir, diaspor rəhbərləri ilə profilkatik danışıqlar keçirilib. Kurqan vilayətində bu cür addımlar hələlik atılmayıb.

Eyni zamanda Xantı-Mansisk Muxtar Dairəsində yerli diasporlar vəziyyəti nəzarətdə saxlayır.