“Futbol heç vaxt əvvəlki kimi olmayacaq” –Messi koronavirusdan danışdı

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib.

Ulduz futbolçunun fikirlərini “El Pais” nəşri dərc edib.

“Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. İnsanlar qohumlarını, dostlarını itirirlər və onlarla vidalaşmaqdan belə məhrumdurlar. Sevdiklərimizi itirməkdən daha pis heç nə yoxdur. Hesab edirəm ki, bu, ədalətli deyil. Bundan sonra futbol, həyatımız heç vaxt əvvəlki kimi olmayacaq”, – deyə L.Messi söyləyib.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatı (La Liqa) iyunun 11-də start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siqareti tərgitməyə mane olan vərdişlər –

Sonrakı məqalə

Əcnəbilər Azərbaycan banklarındakı pullarını çıxarır –