Siqareti tərgitməyə mane olan vərdişlər –Əsas olan nədir?

Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov deyib.

“Nikotin asılılığı xəstəliyinin abstinent sindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, – deyə, narkoloq bildirib.

Onun sözlərinə görə, insan nikotinin istifadəsini hansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.

Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.

Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik “Lider TV”nin müflis elan edilməsi üçün iddia qaldırdı –

Sonrakı məqalə

“Futbol heç vaxt əvvəlki kimi olmayacaq” –