Futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “As” nəşri bütün dövrlərin “11-liy”ini müəyyənləşdirib. Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduzu Kriştianu Ronaldo heyətdən kənarda qalıb. “Barselona”nın argentinalı forvardı Lionel Messi isə ön xətdə “Futbol kralı” Pele ilə tandem təşkil edib.
Qapıçı: Lev Yaşin (SSRİ);
Müdafiəçilər: Kafu (Braziliya), Bobbi Çarlton (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya);
Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina), Alfredo di Stefano (Argentina/Kolumbiya/İspaniya);
Hücumçular: Pele (Braziliya), Lionel Messi (Argentina)