Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Füzulidə qohum nikahların fəsadları mövzusunda dəyirmi masa keçirilib

User 25 İyul 2025 - 12:44 (Last updated: 25 İyul 2025 - 18:02)
q01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Füzuli rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrası davam edir.

24.07.2025- ci il tarixində Füzuli rayon Peşə məktəbinin binasında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində “Erkən və qohum nikahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Peşə məktəbinin direktoru Səminə Nuriyeva qonaqları təqdim etdi və sözü Füzuli rayon İcra Hakimiyyətinin Baş eksperti Xalisə Məmmədovaya verdi. O, rayonda erkən və qohum nikahlarla bağlı vəziyyətdən, layihənin vacibliyindən danışdı:

“Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi  ərazilərdə qalmışdır,  bunun isə qızlara, onların ailələrinə və cəmiyyətə  mənfi təsirləri vardır. Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır və  insan hüquqlarının pozulmasıdır. Problemin qarşısını almaq üçün belə layihələrin həyata keçirilməsi çox vacibdir”.

Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı:

“Biz Nümunəvi Valideynlik İnstitutlarını təşviq etməklə cəmiyyətdə sağlam ailələrin sayının artmasına  töhfə vermək istəyirik.Sizlərin də bu müzakirələrdə fəal iştirak etməyiniz çox vacibdir. Xahiş edirəm müzakirələrdə aktiv iştirak edin ”.

Ekspert S.Məmmədova erkən nikah və onun fəsadları barədə ətraflı məlumat verdi:

“Qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan  şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə  gətirib çıxarır”.

Psixoloq N.Vəliməmmədova erkən nikahın psixoloji tərəflərindən və qanunvericilikdəki dəyişiklikdən danışdı. Qeyd etdi ki, erkən nikahlar bir sıra fəsadlara səbəb olur ki, bunlara uşaq hüquqlarının pozulması; ana və uşaq sağlamlığına təsiri; boşanma; təhsil imkanlarının azaldılması; qızların fiziki-psixoloji zorakılığa məruz qalmasını aid etmək olar:

“2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib və iyunun 1 dən qüvvədədir.Hər birimiz bu dəyişikliklə bağlı valideynlər arasında maarifləndirmə işləri aparmalıyıq.”

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya  tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan X.Məmmədova, S.Nuriyeva, N Tağıyeva və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 20 nəfər  iştirak etdi. Sonda xatirə şəkili çəkildi.

AzPost.az

Post navigation

Previous: Naxçıvanda 65 hektar faydalı qazıntı yatağı hərraca çıxarılıb
Next: Boşanan qadın əmlaka nə qədər pul xərcləyibsə o qədər pay alacaq

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.