Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

Rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.

Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.

Onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

“Oskar” mükafatının qalibləri məlum olub –

Sonrakı məqalə

Makron Ukraynaya səfərə edəcək