Gələn il Azərbaycandan təbii qazın ixracı ümumilikdə 24 milyard kubmetr olacaq-İlham Əliyev

Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir.

Bunu Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr olacağını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub.

Əvvəlki məqalə

Gürcüstan hökuməti Saakaşvilinin saxlanılmasına nə qədər pul xərclədiyini

Sonrakı məqalə

Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək