Gələn il deputatların maaşı üçün ayrılan məbləğ məlum olub

13 Noyabr 2021 - 15:12

Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.

Bu, “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu istiqamətə 5 382 624 manat ayrılıb.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin və onun aparatının 2022-ci il üçün xərclər smetası 42 036 822 manat vəsait ayrılıb. (APA)