2025-ci il üzrə dövlət büdcəsinin xərc siyasəti aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib.
Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrası. Azərbaycan2030: sosial-iqtisadiinkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi üçün tələb olunan resursların yeni makro-fiskal çərçivəyə uyğun olaraq orta müddətli resurs zərfi ilə uzlaşdırılması və səmərəli mobilizasiyası təmin ediləcək.
Sosial-iqtisadi inkişaf Strategiyasının icrası. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2020-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə təqribən 23,2 milyard manat məbləğində vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində isə sözügedən Proqramın icrası üçün 6,8 milyard manat, 2025-ci ilin dövlət büdcəsində isə 6,5 milyard manat məbləğində və saitin ayrılması nəzərdə tutulub.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zə ruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-c i ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə 150,0 milyon manat məbləğində vəsaitin qarşılanması üçün 2025-ci ilin dövlət büdcəsi layihəsində maliyyə təminatı yaradılıb.
Beləliklə, yenilənmiş makroiqtisadi proqnozlara əsasən qeyri-neft /qaz gəlirlərinin artımı və büdcə qaydası üzrə təklif olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqram”nın, dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.
Azpost.info