Gəncədə 13 yaşlı məktəbli dəm qazından boğularaq ölüb

06 Fevral 2020 - 22:49

Gəncədə 13 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

Hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, ancaq həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (APA)