Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

03 Yanvar 2022 - 18:20

Gəncədə sakinləri dəm qazından zəhərlənib.

2005-ci il təvəllüdlü Ayşən Orazova və 1996-cı il təvəllüdlü Orxan Mərdanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı hər iki xəstənin dəm qazından zəhərlənməsi müəyyən edilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərin kafi olduğu bildirilir.

İlkin məlumata görə hər iki şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.