Gəncədə 5 saylı Şəhər Poliklinikasında yanğın olub

23 Yanvar 2020 - 00:35

Gəncə şəhərinin Kəpəz rayonunda 5 saylı Şəhər Poliklinikasının Pediatrik şöbəsinin yerləşdiyi birmərtəbəli binanın dəhlizində döşəmə 1 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb.