Gəncədə evdə qaz balonu partladı –

İki qadın yanıq xəsarətləri aldı
02 Fevral 2020 - 10:24

Gəncədə evdə partlayış olub.

Hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb. 1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.