Gəncədə qadın toyda öldü

01 Yanvar 2020 - 18:59

Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib. 

Hadisə şəhərdə yerləşən “Dan Ulduzu” restoranında qeydə alınıb. Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (unikal)