Gəncədə yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib

26 Oktyabr 2019 - 11:36

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, ümumi sahəsi 25 kvadratmetr olan bir otaqlı mənzilin 16 kvadratmetri yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.