Lənkəranda region gənclərinin “Turizm bələdçiliyi” üzrə bacarıqlarının artırılması layihəsi yekunlaşıb.
“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə gerçəkləşən layihə çərçivəsində 25 gənc üç gün müddətində Lənkəran rayonunda “Mədəni turizm bələdçiliyi”, “Mədəni turizm marşrutları və tur paketlərinin hazırlanması” istiqamətləri üzrə nəzəri-praktik təlim proqramında iştirak edib.
İştirakçılar iki gün ərzindəki təlimlər zamanı nəzəri məlumat alıb, növbəti bir gün müddətinə isə təcrübə proqramında əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Təlimlərin keçirilmə metodologiyası və təlim zamanı yaranan nəzəri-praktiki məlumatlılıq iştirakçıların turizm və mədəniyyət sahəsinə marağının artmasına səbəb olub.