“Gələn il Rusiyada vəziyyət daha da ağırlaşacaq, hazır olmalıyıq” –Roqozindən bədbin AÇIQLAMA

“Bir ildən sonra Rusiyada vəziyyət daha da ağırlaşacaq”.

Azpost.info bildirir ki, bu sözləri “Roskosmos”-un baş direktoru Dmitri Roqozin raket və kosmik sənaye təşkilatlarının konfransında çıxışında bildirib.

Roqozun deyib ki, bununla “Roskosmos” artıq sənayenin qarşılaşacağı problemlərə hazırlaşmağa başlayıb.

“Bir ildən sonra ölkədə vəziyyət dəyişəcək, daha da mürəkkəbləşəcək. Çünki hava və avtomobil parklarının ehtiyatları tükənəcək. Biz “Roskosmos”un artıq həll etməyə başladığı problemlərlə üzləşəcəyik”, – deyə Roqozin vurğulayıb.

“Sənaye tərəfdaşlarımızın heç də hamısı bu vəzifələrin öhdəsindən vaxtında gələ bilməyəcək. Müəyyən müddət ərzində hamımız nəzərəçarpacaq dərəcədə çökmə hiss edəcəyik. Biz dərk etmək və hazırlaşmalıyıq. Özümüzü elə aparmayaq ki, müharibə hardasa uazqlarda baş verir.  “Məndən uzaqdır” prinsipi ilə davranmaq olmaz. Müharibə artıq evimizin içindədir”-deyə Roqozun bildirib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev kraliça II Elizabeti təbrik edib

Sonrakı məqalə

Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri görüşəcək