“Gəncə Azərbaycanın döyünən ürəyidir” –Mehriban Əliyeva

Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq”. 

Bunu Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində yazıb.

M.Əliyeva qeyd edib ki, lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq: “Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə – qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb” –

Sonrakı məqalə

Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib –