Gəncədə güclü yağış fəsadlar törədib

Gəncədə güclü yağış fəsadlar törədib.

Bu gün səhər saatlarında leysan yağışdan sonra gələn sel suları bir neçə küçədən keçib. Nəticədə xeyli evlərə və həyətlər sel suların altında qalıb. Sakinlərə ziyan dəyib. Bundan başa, yağış suları həmin ərazilərdə avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb.

Sel sularının gəldiyi ərazilərə FHN-nin Gəncə regional mərkəzinin əməkdaşları cəlb olunub. Evlərə dolan suların nasos pompalar vastəsi ilə çəkilməsinə başlanıb

Qeyd edək ki qeyri-sabit hava şəraiti ötən gün bir çox bölgədə ciddi fəsadlar törədib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.