Gəncədə zibillikdən 19 yaşlı qızın meyiti tapılıb

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

Onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

Meytin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sədri Belarus səfiri ilə görüşüb

Sonrakı məqalə

Azad edilmiş ərazilərimizdə işləmək üçün 470 sahibkar layihə verib –