“Gəncəyə endirilmiş zərbə yolverilməzdir” –BMT-nin Baş katibi açıqlama verdi

BMT-nin Baş katibi Antonio Qutteraş Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistandan Gəncəyə endirilən raket zərbəsini pisləyib.

Azpost.info bildirir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bu gün keçirdiyi brifinqdə bəyan edib.

“Gəncəyə endirilmiş son zərbə və nəticədə dinc sakinlərin, o cümlədən uşaqların faciəli ölümü yolverilməzdir. Həmçinin Dağlıq Qarabağ rayonu ətrafında digər yaşayış məskənlərinə hucumlar qəbuledilməzdir”deyə Qutteraş açıqlama verib. 

BMT Baş katibi tərəfləri hərbi əməliyyatları dayandırmaq barədə beynəlxalq ictimaiyyətin çağırışlarına səs verməyə çağırıb.

Baş katib qeyd edib ki, 18 oktyabrda son humanitar atəşkəs elan olunub və o, hər iki tərəfin öhdəliklərə əməl edəcəyinə ümid edir. “Baş katib tezliklə ATƏT-in Minsk Qrupunun egidası altında danışıqların bərpa olunmasını gözləyir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb –