Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gəncədə şəhid övladları üçün psixoloji teatr təlimləri keçiriləcək

User 19 İyun 2026 - 14:00 (Last updated: 19 İyun 2026 - 17:21)
qht gence

2026-cı ilin iyun-avqust aylarında Gəncə şəhərində “Şəhid ailələrindən olan uşaqlar üçün psixoloji teatr təlimləri” layihəsi həyata keçiriləcək.

Layihə Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində icra olunur.

Layihənin əsas məqsədi şəhid ailələrindən olan 12–16 yaşlı uşaqların yaşadıqları itki və kədər hisslərini sağlam şəkildə ifadə etmələrinə, emosional dayanıqlıqlarının artırılmasına və sosial bacarıqlarının inkişafına dəstək göstərməkdir.

Layihə çərçivəsində Gəncə şəhərində yaşayan şəhid ailələrindən olan 15 uşaq üçün 5 günlük psixoloji teatr təlimləri təşkil ediləcək. Təlimlər peşəkar psixoloq və teatr təlimçisi tərəfindən Rudolf Labanın fiziki teatr metodikası əsasında keçiriləcək.

Məşğələlər zamanı iştirakçılar bədən dili, hərəkət və yaradıcı ifadə vasitələri ilə emosiyalarını tanımağı, ifadə etməyi və idarə etməyi öyrənəcəklər. Bununla yanaşı, uşaqların ünsiyyət, əməkdaşlıq və özünüifadə bacarıqlarının inkişafına da xüsusi diqqət yetiriləcək.

Layihənin yekununda iştirakçıların hazırladığı teatr tamaşası ictimaiyyətə təqdim olunacaq. Tamaşa uşaqların yaradıcı potensialını nümayiş etdirməklə yanaşı, cəmiyyətin şəhid ailələrindən olan uşaqların emosional dünyasını daha yaxından tanımasına və onların psixoloji rifahına diqqətin artırılmasına xidmət edəcək.

Qeyd edək ki, layihənin tərəfdaşı Ritual Teatr və Yaradıcılıq Laboratoriyasıdır. Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası layihənin gedişi və əldə olunan nəticələr barədə ictimaiyyəti mütəmadi məlumatlandıracağını bildirib.

Təşkilat bütün maraqlı tərəfləri layihənin yekununda təqdim olunacaq tamaşada iştirak etməyə dəvət edib.

 

AzPost.az

Post navigation

Previous: Müəllimlər üçün vahid geyim tələbi tətbiq olunacaq
Next: Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək –

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.