Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində şahmat yarışı keçirilib

User 05 İyun 2026 - 10:30 (Last updated: 05 İyun 2026 - 15:53)
qht qazax

04 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində Qazax Şahmat mərkəzində yeniyetmə və  gənclərin iştirakı ilə şahmat yarışı keçirilib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, eləcə də gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verməkdir.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir. O qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslərin gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət etdiyi vurğulanıb.

Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev və Qazax UGİŞM-nin direktor əvəzi Nizami Hüseynov Azərbaycan Ordusunun gücü və milli birliyin əhəmiyyətindən danışaraq gəncləri vətənə sədaqətli, dövlətçilik dəyərlərinə bağlı olmağa çağırıblar. Çıxışlarda bildirilib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələri gənclər üçün hər zaman örnəkdir və onların xatirəsinin daim uca tutulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda gənclərə vətənpərvər ruhda yetişmək, elmə önəm vermək və sağlam həyat tərzi sürmək tövsiyə olunub.

Daha sonra şahmat turnirinə start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyənləşib:
I kateqoriya üzrə
* I yer — Şəms Carçılı
* II yer — Mədinə Hacıkərimli
* III yer — Sevda Bəkirli
II kateqoriya üzrə
* I yer — Nihat Veyisov
* II yer — Hidayət Carçılı
* III yer — Mənaf Musazadə

Qaliblər medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.

Fotolar

AzPost.az

Post navigation

Previous: Bank kartını necə qorumaq olar? –
Next: “Ermənistan bütün öhdəliklərini vicdanla yerinə yetirir” –

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.