G20 sammitində Argentina prezidentinin halı pisləşib- Onu XİN rəhbəri əvəz edəcək

İndoneziyanın Bali adasında keçirilən G20 sammitinin açılışından sonra Argentina prezidenti Alberto Fernandesin halı pisləşib. Ölkə başçısı yüksək qan təzyiqi və başgicəllənmə şikayəti ilə həkimə müraciət edib.

Azpost.info xəbər verir ki, bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının həkimi bildirib ki, fəsadların qarşısını almaq üçün diaqnostik müayinənin keçirilməsi qərara alınıb.

“Clarin” qəzetinin məlumatına görə, G20 sammitinin ilk günündə Argentinanı prezident Fernandesin əvəzinə xarici işlər naziri Santyaqo Kafiero təmsil edəcək.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan və Blinken Azərbaycanla normallaşma prosesini müzakirə edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Mahmud Abbasa təbrik məktubu ünvanlayıb