G20 “taxıl sazişi”ni bərpa etməyə çağırıb- Rusiyanın şərtlərini yerinə yetirməklə

G20 ölkələrinin parlamentlərinin spikerləri Rusiyadan ərzaq və gübrələrin maneəsiz ixracı da daxil olmaqla, Qara dəniz taxıl müqaviləsinin bütün şərtlərini yerinə yetirməklə onun bərpasına çağırıblar.

Azpost.info xəbər verir ki, bu barədə G20-nin IX parlament sammitinin yekunları üzrə birgə bəyanatda deyilir.

“Biz Rusiya ilə BMT arasında Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına çıxarılmasının asanlaşdırılmasına dair anlaşma memorandumunun tam, vaxtında və effektiv şəkildə həyata keçirilməsinə və Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüslərinə çağırırıq”, – sənəddə bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“İsrail Qəzzaya göndərilən yardımın qarşısını alır”

Sonrakı məqalə

Qusarda üç qardaş zəhərlənib, ikisi ölüb