G20 sammitində Blinkenin Lavrovadan 2 xahişi olub- “Reuters” AÇIQLADI

Hindistanda keçirilən G20 Xarici İşlər Nazirləri Sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında qısa söhbət olub.

Azpost.info xəbər verir ki, təxminən 10 dəqiqə davam edən söhbət zamanı Blinken Rusiyadan Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxmağı xahiş edib. Bundan başqa, o, Rusiyanı casusluqda təqsirli bilinən amerikalı Pol Uilanı azad etməyə də çağırıb.

Mətbuatın yazdığına görə, söhbət zamanı Blinken Lavrova ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Tərəflər arasında söhbətin olduğunu Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Ərdəbildə zəhərlənən qız şagirdlərin sayı 400-ə çatıb

Sonrakı məqalə

“Mənim şeirimi paylaşmasından çox təsirləndim” –