“Böyük Yeddilik” (G7) Avropa İttifaqının Rusiyadan dizel yanacağı üçün tavan qiymətlərinin müəyyən olunmasına etiraz etmir.
Azpost.info bildirir ki, bu barədə Bloomberg-ə Aİ-dən olan məmur deyib. Avropa İttifaqı dizel yanacağının barelli üçün 100-110 dollar tavan həddi müəyyən etmək niyyətindədir.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, Aİ və G7 ölkələri ilə Rusiayadan alınacaq neft məhsulları üçün tavan qiymətlərini müzakirə edir.
“G7 bu qiymətlərin onu qane etməsinə dair fikrini bildirib”.
Məlumatda deyilir ki, Avropa Komissiyası bu qiymətin 100 dollar səviyyəsində olmasını istəyir. G7 ölkələri isə daha yüksək limiti dəstəkləyir. Bununla onlar Avropada təchizat və qiymət artımı olacağından narahatdırlar.
