“Gedək, dua edək!“.
Azpost.info xəbər verir ki, bunu keçmiş ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.
Tramp hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək qərarından sonra amerikalılara dua etmək qalır. Onun fikrincə, bu vəziyyət ABŞ hakimiyyətinin səriştəsizliyi ucbatından yaranıb.
“Getdik! Proqnozlaşdırdığım kimi, indi “böyük şeylərlə” oynayırıq. Bu vəziyyətə biz səbəb olduq. Hökuməti səriştəsiz adamlar idarə edəndə belə olur. Hazırda sizə deyə biləcəyim tək şey budur: dua edin”, – Tramp bildirib.
Rusiyanın Belarusa taktiki nüvə silahı göndərəcəyini bir gün əvvəl Putin açıqlamışdı. Onun sözlərinə görə, iyulun 1-dək qonşu dövlətin ərazisində bu arsenal üçün anbarın tikintisi başa çatdırılmalıdır. Bundan başqa, nüvə silahı daşıya bilən 10 təyyarə artıq Belarus aerodromlarında yerləşdirilib. Rusiya lideri vurğulayıb ki, bu addım silahların Minskə ötürülməsi demək deyil, Moskva sadəcə olaraq ABŞ-ın onilliklər ərzində gördüyünü edir.
Azpost.info
